“Bavariya” Riberi və Robbenlə vidalaşır?

“Bavariya” Riberi və Robbenlə vidalaşır?

“Bavariya” futbol klubu, təcrübəli futbolçuları Frank Riberi və Aryen Robbenlə bağlı qərarını verib. “Bild” nəşrinin yazdığına görə, Münhen klubu mövsümün sonunda müqavilə müddəti bitəcək yarımmüdafiəçilərlə yollarını ayırmağı planlaşdırır. Riberinin Fransaya qayıtmq fikrində olmadığı, karyerasını ölkədən kənarda davam etdirməyi düşündüyü bildirilir.

Qeyd edək ki, 35 yaşlı Riberi 2007-ci, 34 yaşlı Robben isə 2009-cu ildən “Bavariya”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə