“Baku Open”in 6-cı turuna yekun vurulub

“Baku Open”in 6-cı turuna yekun vurulub

“Baku Open” beynəlxalq şahmat turnirinin 6-cı turuna yekun vurulub. SİA-nın məlumatına görə, altı turun yekununda 6 mümkün xaldan 5,5 xal qazanan Eltac Səfərli liderliyini davam etdirir. E.Səfərlinin altıncı turda Qədir Hüseynovla oyunu heç-heçə başa çatıb. Qədir Hüseynovun aktivində 5 xal var.

Noyabrın 24-də start götürən və İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparır. İştirakçılardan 16-sı qrossmeysterdir.

Turnirə dekabrın 2-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə