Bu gün AFFA ilə "Paşa Sığorta" ASC arasında partnyorluq müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, bunula bağlı "Landmark" otelində tədbir keçirilib. Tədbirdə AFFA-nın baş katibi və "Paşa Sığorta" ASC-nin idarə heyətinin sədri, baş direktoru Nofəl Rzayev, Azərbaycan futbol ictimaiyyəti və jurnalistlər iştirak ediblər.
İmzalanma mərasimindən öncə baş katib E.Məmmədov çıxış edərək "Paşa Sığorta" şirkətinə minnətdarlığını bildirib. O, bu gün həm də ilin ən yaxşı futbolçularının mükafatlandırma mərsiminin keçiriləcəyini, futbolçularımızın beynəlxalq səviyyədə ilin futbolçuları seçilməsini arzuladığını qeyd edib. E.Məmmədov Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Hərəylik günü münasibəti ilə təbrik edib.
Daha sonra çıxış edən "Paşa Sığorta" ASC-nin baş direktoru bunun şirkətin idman hərakatında ilk partnyorluğunun olmadığını vurğulayıb. O, Azərbaycan Gimnastika Federasiyası ilə də yaxından əməkdaşlıq etdiklərini bildirib.
Daha sonra isə E.Məmmədov və N.Rzayev müaviləyə imza atıblar və "Paşa Sığorta" AFFA-nın rəsmi sığortaçısı olub.
Qeyd edək ki, müqavilə 1 illik bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB