Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Polşada davam etdirəcək. SİA-nın məlumatına görə, millimizin hücumçusu “Pila” klubu ilə müqavilə imzalayıb.
Ötən mövsümü Türkiyənin “Beşiktaş” klubunda keçirən voleybolçumuz noyabrın 2-də yeni komandasında debüt edəcək. Belə ki, Polşa çempionatının ilk turunda “Lodz” komandası ilə görüşdə M.Əzizova “Pila”nın şərəfini qoruyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB