“Bavariya” futbol klubu ciddi itki ilə üzləşib. Belə ki, "pivəçilərin" forvardı Tiaqo Alkantara sıradan çıxıb. Almaniya kubokunda “Redinqhauzen”lə qarşılaşmada zədələnən ispaniyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib. Topuq nahiyəsindən xəsarət aldığı məlum olan futbolçu bir neçə həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm Münhen klubunun heyətində 14 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB