Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında keçirilən sambo üzrə şəhər birinciliyinə yekun vurulub. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 60 idmançı mübarizə aparıb.
Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Rəhim Qaybalıyev (27 kiloqram), Səid Seyidov (30 kiloqram), Məhəmməd Qasımlı (33 kiloqram), Sami Səfərov (36 kiloqram), Əsgər Səfərov (39 kiloqram), Məhəmməd İsayev (42 kiloqram), Nihat Hətəmli (46 kiloqram), Tofiq Nəcəfov (50 kiloqram) və Rauf Cabbarlı (55 kiloqram) birinci olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB