Van Versi ötən ayın ən yaxşı futbolçusu seçilib

"Feyenoord"un futbolçusu Robin Van Versi Hollandiya çempionatında ötən ayın ən yaxşı futbolçusu seçilib. Erediviziyanın Tvitter səhifəsində yer alan xəbərə görə, azarkeşlərin səsverməsinə əsasən 35 yaşlı hücumçu hamını qabaqlayıb. Qeyd edək ki, Hollandiya millisinin üzvü avqustda meydana çıxdığı 4 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə