IJF Bakıda keçiriləcək DÇ ilə bağlı təqdimat xarakterli reportaj hazırlayıb - VİDEO
Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat xarakterli reportaj hazırlayıb. SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakı və Sumqayıtda aparılıb. Reportajda Yay Olimpiya Oyunlarının qalibləri - Nazim Hüseynovla Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şahanə Hacıyevanın fikirlərinə yer verilib.
1992-ci il Barselona olimpiadasında birinci yeri tutmaqla, Azərbaycanın ilk olimpiya çempionu kimi tarixə düşən N.Hüseynov onu uğura aparan yoldan söz açıb. O, özü üçün əlamətdar gündə qızıl medal qazandığını vurğulayıb: “Azərbaycan çox gözəl ölkədir, Odlar Yurdudur. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu gün deyə bilərəm ki, Azərbaycan cüdosu çox sürətlə inkişaf edir. Azərbaycan Xəzərin sahilində yerləşir, gözəl dağları, meşələri var. Cüdo uşaqlar və gənclər üçün nizam-intizam deməkdir. Kiminsə xətrinə dəysələr, cüdoçu onda kömək edə bilər. Yəni, zəifləri müdafiə edərlər. Nailiyyət göstərmək istəyilə 11 yaşımda cüdoya gəldim, 13 yaşımda qolum sındı. Artıq 15 yaşımda yeniyetmələr arasında Bakı, Respublika çempionu oldum. Bundan sonra yığmaya daxil oldum, təlim-məşq toplanışlarına cəlb olundum. Əlamətdar gündə - 1992-ci il avqustun 2-də öz ad günümdə olimpiya çempionu adını qazandım. 1992-ci ildə - çətin vaxtlarda Azərbaycanı heç kim tanımırdı. Mən Barselonaya gedib, Yay Olimpiya Oyunların ilk qızıl medalını gətirəndən sonra ölkəni tanımağa başladılar”.
“Barselona Yay Olimpiya Oyunlarında Nazim Hüseynovun qələbəsi hələ də gözümün qabağındadır”, İ.Zəkiyev söhbətə bu cür başlayır. O, fikirlərinə həqiqi hərbi xidmətdə olduğu zaman Ermənistan snayperinin açdığı atəş nəticəsində yaralanmasından sonra görmə qabiliyyətini itirməsi ilə davam edir: “Cüdoya başlayandan qısa müddət sonra Respublika daxilinda uğurlarım oldu. Amma 1998-ci ildə həqiqi hərbi xidmətə çağırıldım və Vətənə borcumu verməyə getdim. 1999-cu il fevralın 4-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində yatdım. Hətta həkimlər deyirdi ki, öləcək, qalmayacaq. Nəticədə görmə qabiliyyətimi tamam itirdim. İdmana qayıdışım real görünmürdü. Təzədən cüdoya qayıtmağım fantastik ola bilərdi. İlk günlər tatamidə bu vəziyyətə alışmaq çətin idi. Amma bu gün tatamidə özümü "suda balıq" kimi hiss edirəm. Rəqibi görməsəm də, hiss edirəm. Hara baxdığını, hansı fəndə cəhd etdiyini duyuram. Yaralandıqdan sonra idmana, məhz cüdoya qayıtmağımla həyatımda yeni səhifə açıldı. Bundan sonra cüdonu daha çox sevdim. çünki cüdo həyat tərzimə çevrilib, mənim işimdir. Deyərdim ki, cüdo mənim həyatımdır. Beynəlxalq Cüdo Federasiyasının dünya çempionatının ölkəmizdə keçirilməsinə etimad göstərməsi Azərbaycanda bu idman növsünün inkişafından irəli gəlir. Burada dünya çempionatı keçiriləcək və bütün cüdosevərlər bu bayramı yaşayacaqlar".
2015-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında Avropa çempionatının qalibi olan Ş.Hacıyeva Azərbaycan cüdoçularının dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını ifadə edib. Cəbrayıl rayonunun 25 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilməsindən sonra Sumqayıt şəhərində məskunlaşan məcburi köçkün ailəsinin üzvü idmana valideynlərinin istəyi ilə gəldiyini deyib: “Valideynlərimin idmana böyük həvəsi vardı və məni də idmana qoymaq istəyirdilər. Bir-iki növü məsləhət gördülər. Mən isə cüdonu seçdim. Ailəm Cəbrayıldan məcburi köçkün düşüb. Cəbrayıl 1993-cü ildə işğal olunduğu üçün məcburi köçkün kimi Sumqayıtda məskunlaşmışıq. Qaçqın olmaq, kasıbçılıq şəraiti sadəcə, bir bəhanədir. İnsanın qarşısında məqsədi, özünə inamı varsa, hər bir şeyə nail ola bilər. Dünya çempionatına çox güclü hazırlaşırıq və inanırıq ki, çempion olub, olimpiadaya lisenziyanı təmin edəcəyik”.
2008-ci il Pekin olimpiadasının qalibi olan E.Məmmədli 1992-ci ildə Nazim Hüseynovun olimpiya çempionu olmasından sonra cüdoya həvəsinin yarandığını söyləyib. O, gənclərə tövsiyələrini də çatdırıb: “2008-ci il avqustun 11-i mənim üçün unudulmaz gündür. Həmin gün həyatıma ağ zolaq yazıldı. Arxaya baxmaq istəmirsən. Deyirsən ki, bu çətinliyi keçməyim nə yaxşı oldu. Rahat nəfəs ala bilirsən. Xalqımın məni çox istəməsi, öz qəhrəmanı ilə qürur duyması özümü də çox sevindirirdi. Bu, gözəl hisslərdir. Bütün gənclərə üzümü tutub deyirəm ki, narkomaniyadan uzaq olsunlar, sağlam həyat tərzi keçirsinlər. Fərqi yoxdur - peşəkar və ya həvəskar. Əsas odur ki, idmanla məşğul olursan və içindəki divi idman yolu ilə çıxardırsan”.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



