Çempionlar Liqasında mübarizə aparacaq "Lion" yay transfer pəncərəsinin son günündə çatışmayan hücumçu transferini də reallaşdırıb. SİA-nın məlumatına görə, Liqa 1 təmsilçisi "Seltik"in hücumçusu Mussa Dembeleni transfer edib. "Lion"un 22 yaşlı forvard üçün qarşı tərəfə 20 milyon avro ödəyəcəyi bildirilir. Fransız forvardla 5 illik müqavilə imzalanıb.
Dembele son mövsümdə "Seltik" forması ilə 34 qarşılaşmada iştirak edib və 17 qolla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB