Nqolo Kanteni heyətdə saxlamaq istəyən "Çelsi" futbolçuya yeni müqavilə təklif edib. SİA-nın məlumatına görə, 27 yaşlı fransızla 5 illik müqavilə baglanacaq. Həmçinin Kantenin həftəlik məvacibi 290 min funt olacaq. Futbolçunun qazancı iki dəfə aşağı idi. Londonlular PSJ-nin maraqlandığı futbolçunu saxlamaq üçün bu varianta əl atıblar. Yeni müqavilə sayəsində Kante "Çelsi"də ən çox qazanan futbolçu olacaq. Klubda ən yüksək məvacib Eden Hazarda verilirdi - həftəlik 220 min funt. "Zadəganlar" Kanteni 2016-cı ildə 30 milyona "Lester"dən transfer edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB