İspaniyalı futbolçu: "Rusiyanı keçməyə borcluyuq”

İspaniyalı futbolçu: "Rusiyanı keçməyə borcluyuq”

“Biz pley-offda uğursuzluq qorxusu ilə oynaya bilmərik. Ancaq onu deyim ki, əgər Rusiyanı udub, 1/4 finala çıxmasaq, faciə olacaq”. Bu sözləri İspaniya yığmasının üzvü Tiaqo Alkantara millinin mətbuat xidmətinə açıqlamasında deyib.
Sabah Rusiya ilə keçiriləcək 1/8 final oyunu haqda danışan yarımmüdafiəçi rəqibi keçməli olduqlarını bildirib: “Bizim Rusiyaya qarşı oynaya biləcək 23 futbolçumuz var. Bu mərhələni keçməyə borcluyuq”. Qeyd edək ki, sabah Moskvanın “Lujniki” stadionunda keçiriləcək İspaniya – Rusiya oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə