"Barselona" klubu İspaniya Superkubokunun əvvəlki qaydada təşkili iddiası ilə çıxış edib. SİA-nın məlumatına görə, Kataloniya klubu ölkə superkuboku yarışının 2 oyunla (ev sahibi və qonaq qismində) keçirilməsinin tərəfdarıdır. Bu məsələ barədə məlumat "Barselona"nın mətbuat katibi Josep Vives tərəfindən yayılıb.
“Biz istəyirik ki, Superkubok uğrunda iki oyun keçirək. Ona görə ki, bu turnir lap əvvəldən bu cür keçirilb. Yəni, ənənə belədir. Digər tərəfdən, yarışın biz istədiyimiz qaydada keçirilməsi oyunlardan birinə “Nou Kamp” stadionunun ev sahibliyi etməsi deməkdir. Bu isə klubumuza xeyli əlavə gəlir gətirə bilər”,- deyə mətbuat katibi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB