Noyabrın 21-də ağır atletika üzrə Bakı şəhər çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yarış Masazır Ağır Atletika Mərkəzində baş tutacaq. Yarışı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi təşkil edəcək. Çempionatda Bakıda fəaliyyət göstərən idman klubları və idman cəmiyyətlərindən 70 atlet iştirak edəcək.
Yarışdan öncə çempionatın təntənəli açılış mərasimi keçiriləcək. Mərasimdə baş idarənin rəisi Raqif Abbasov da iştirak edəcək. Açılış saat 11:30-da başlayacaq.
Qeyd edək ki, çempionatda yüksək nəticələr göstərən idmançılar yığma komandanın heyətinə cəlb olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB