Azərbaycan cüdoçuları İsmayıllıda

Azərbaycan cüdoçuları İsmayıllıda

Cüdo üzrə Azərbaycan yığma komandası İsmayıllıya yollanıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığmamız İsmayıllıya təlim-məşq toplanışı üçün gedib. Komandamızın məşqləri Qran-Pri turnirinə hazırlıq xarakteri daşıyır. Məşqlərdə əsas yığma komandamızın tərkibində Tərlan Kərimov (66 kq), Rinat Mirzəliyev (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) iştirak edirlər. Yığma komandamız baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi ilə məşqlərə qatılır.

Xatırladaq ki, Qran Pri yarışı 23-24 noyabr tarixlərində Abu Dabidə keçiriləcək.

Qeyd edək ki, təlim-məşq toplanışında 23 yaşlı idmançılardan ibarət yığma komandamız da iştirak edirlər. Bu komandamızın məşqləri isə Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Yığmamızın tərkibində İlqar Müşkiyev (60kq) , Orxan Hacıağalı (66kq), Nadir Babayev (73 kq), Rüstəm Alimli (81 kq), Sain Məmmədov (90 kq), Elmar Qasımov (100 kq) yer alıb.

Xatırladaq ki, Avropa çempinatı Bosniya və Hersoqovinanın Sarayeva şəhərində noyabrın 19-dan 21-dək təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə