"Liverpul"un futbolçusu Əmrə Can üçün mövsüm erkən bitib. SİA-nın məlumatına görə, komandanın baş məşqçisi Yurgen Klopp "Sky Sports"a açıqlamasında bir müddətdir zədəli olan müdafiəçinin mövsümün sonuna qədər meydana çıxa bilmyəcəyini deyib.
İngiltərə Premyer Liqasının 31-ci turunda belindən zədə alan Almaniya millisinin üzvü yayda Rusiyada keçiriləcək dünya çempionatını da buraxa bilər.
Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb və 3 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB