“Milan”ın müdafiəçisi yenidən əməliyyat olunub

“Milan”ın müdafiəçisi yenidən əməliyyat olunub

“Milan”ın müdafiəçisi Andrea Konti yenidən əməliyyat olunub. SİA-nın məlumatına görə, 24 yaşlı futbolçu sol dizindəki problemlər səbəbindən təxminən 6 ay öncə əməliyyat masasına uzanmışdı. Bərpa dövründən sonra Konti cəmi 1 matçda forma geyinib.

İndi isə o, yenidən əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, əməliyyatı uğurlu keçən futbolçu 6 aydan sonra yaşıl meydana qayıda biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə