Rauf Mehdiyev: "Bakı" bizə qarşı xüsusi motivasiya ilə meydana çıxmışdı"
"Son oyunumuz çox ağır keçdi. Özünüzdə gördünüz ki, "Bakı" bizə qarşı xüsusi motivasiya ilə meydana çıxmışdı, çünki bu oyun onlar üçün son şanslardan biri idi". SİA-nın məlumatına görə, bu fikirləri "Neftçi" klubunun üzvü Rauf Mehdiyev klubun rəsmi saytına açıqlamasında deyib. O, qarşılaşmada braziliyalı hücumçu Jaba ilə toqquşduğunu, rəqibin dizinin onun dizinə dəydiyini və ayağında ağrılar hiss etdiyini bildirib: "Həkim müayinəsindən keçdim. Ciddi bir şey yoxdur. Sabahdan etibarən komanda ilə məşqlərə başlayacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB