Azərbaycan gimnastı Aliyə Qarayeva Qran-Pri seriyasının Berlində keçirilmiş final mərhələsinin bürünc mükafatçısı olub. SİA-nın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, 2010-cu il mundialının bürünc medalçısı top ilə hərəkətlərdə üçüncü yeri tutub. Hakimlərin 27,9 bal qiymət verdiyi Qarayeva yalnız iki rəqibindən – Rusiya nümayəndələri Yevgeniya Kanayeva və Darya Dmitriyevadan geri qalıb. İp ilə hərəkətlərdə 27,5 bal, lent ilə hərəkətlərdə 27,4 bal, halqa ilə hərəkətlərdə 27,5 bal toplamış Qarayeva bu hərəkətlərin hər birində dördüncü yeri tutub. Çoxnövçülükdə 110,066 bal nəticə göstərmiş Aliyə beşinci yeri tutub.
Onun komanda yoldaşı Anna Qurbanova iki finalda iştirak edib. Lent ilə hərəkətlərdə 26,25 bal, halqa ilə hərəkətlərdə 26,275 bal toplamış Qurbanova bu hərəkətlərin hər birində altıncı yeri, şəxsi birincilikdə isə 106,458 bal nəticə ilə doqquzuncu yeri tutub.
Proqramın bütün növlərində qalib gəlmiş Yevgeniya Kanayeva mütləq dünya çempionu olub. Gimnast qızlarımız Almaniyadan İtaliyaya yola düşəcəklər. Noyabrın 6-da bu Cənubi Avropa ölkəsinin Arettso şəhərciyində İtaliyanın klub çempionatının ikinci turu keçiriləcəkdir. Qurbanova A1seriyasında "Komense" klubunun tərkibində çıxış edəcək, Qarayeva isə A2 seriyasında "Ritmika" komandasının şərəfini qoruyacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB