Lionel Messinin qardaşı Matias Argentinanın Villa Qezell şəhərində polis tərəfindən saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, Leonun böyük qardaşı qanunsuz odlu silah daşıma və başqa şəxsi təhdid etməkdə ittham olunur. Şahidlərin sözlərinə görə, Matiasın idarə etdiyi "Land Rover" markalı avtomobil digər maşınla toqquşandan sonra sürücülər mübahisə edib. O, bu zaman odlu silahla qarşı tərəfə hədə-qorxu gəlməyə başlayıb. Matias Messinin avtomobilində axtarış aparan polis silah tapmasa da, iki marixuana siqareti aşkarlayıb. Qeyd edək ki, dekabrın 1-də onun yaxtasında qan izləri və tapanca tapılmışdı. Həmin vaxt polis bölməsinə aparılan M.Messi daha sonra evinə buraxılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB