İdman ictimaiyyətinin nümayəndələri Ulu Öndərin məzarını ziyərət ediblər

İdman ictimaiyyətinin nümayəndələri Ulu Öndərin məzarını ziyərət ediblər

Bu gün gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, müxtəlif federasiyaların rəsmiləri, olimpiya çempionları, idmançılar və idman ictimaiyyətinin digər nümayəndələri Bədən Tərbiyəsi və İdman günü münasibətilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, Ümummilli Liderin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra idman ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə