“Barselona”nın futbolçusu Jerar Pike İspaniya La Liqasının növbəti turunda “Las Palmas”la keçiriləcək oyunu buraxacaq. SİA-nın məlumatına görə, son turda “Girona” ilə qarşılaşmada dizindən zədə alan müdafiəçi qarşıdakı matça hazır deyil. Onun “Atletiko” ilə keçiriləcək matçda iştirakı da sual altındadır.
Pikenin durumu ciddi olmasa da, məşqçilər korpusu onu Çempionlar Liqasının 1/8 finalında “Çelsi” ilə cavab oyunu üçün qorumaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB