Robben Qətər klubunda oynaya bilər

Robben Qətər klubunda oynaya bilər

“Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben karyerasını Qətərin “Əl Qarafa” komandasında davam etdirə bilər. SİA-nın məlumatına görə, bu barədə xəbəri “Royters” yayıb. Xəbərdə mövsümün sonunda “Bavariya” ilə müqavilə müddəti bitəcək hollandiyalı futbolçunun karyerasını məhz Asiya təmsilçisində davam etdirəcəyi qeyd edilir. Xatırladaq ki, türkiyəli mütəxəssis Bülənt Uyğunun çalışdırdığı “Əl Qarafa”da hollandiyalı futbolçu Uesli Sneyder də çıxış edir. Robbeni bu kluba məhz həmyerlisinin dəvət etdiyi vurğulanıb.

Qeyd edək ki, Robben bir müddət öncə karyerasını ABŞ-da və ya Asiyada davam etdirə biləcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə