Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları start götürüb. SİA-nın məlumatına görə, oyunlarda 92 ölkə iştirak edir. 102 dəst medal uğrunda 2902 idmançı yarışır.
Azərbaycan isə yarışda 1 idmançı ilə təsmil olunur. Belə ki, sabah keçiriləcək rəsmi açılış mərasimində milliləşdirilmiş avstriyalı Patrik Braxner həm bayraqdarımız olacaq, həm də medal qazanmağa çalışacaq. Bu onun ölkəmiz adına ikinci Qış Olimpiya Oyunlarıdır. Braxner dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) nəyə qadir olduğunu nümayiş etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB