"Roma" 7 oyundur qələbə qazana bilmir

"Roma" 7 oyundur qələbə qazana bilmir

İtaliya A Seriyasının 22-ci turunda "Sampdoriya" ilə qarşılaşan "Roma" minimal hesabla uduzub. SİA-nın məlumatına görə, yadda qalan məqamlardan biri "canavarlar"ın kapitanı Alessandro Florenzinin penaltini qola çevirə bilməməsi olub. "Roma" ardıcıl 6-cı çempionat oyununda qalib gələ bilməyib. Komanda bu oyunlarda cəmi 3 xal toplayıb. Sonuncu dəfə paytaxt klubu analoji statistikanı 2013-cü ilin yanvar-fevral aylarında göstərmişdi. İtaliya Kuboku oyunlarını nəzərə alsaq, "Roma"nın qələbəsizlik seriyası 7 oyundur. A Seriyasında 22 turdan sonra komanda turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə