"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu gün baş tutacaq "Bakı" ilə prinsipal derbi öncəsi komandanı ziyarət edib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komandanın hər bir üzvü ilə səmimi görüşən vitse-prezident sözə avroliqaya toxunaraq başlayıb. Tahir bəy futbolçulara yayda Azərbaycanda inanılmaz işlər gördüklərini söyləyərək onların artıq adlarını tarixə yazdıqlarını bildirib. O, eyni zamanda komandasının çempionata uğurlu başlamamasına baxmayaraq, cari birincilikdə uğur qazanacağına inandığını qeyd edib. Əfran, Maksim və Samirin itkisinə baxmayaraq, "Bakı" ilə oyunda komandadan qələbə gözlədiyini deyən T.Gözəl bugünkü oyundan sonra "Qarabağ"ı turnir cədvəlinin üçüncü pilləsində görəcəyinə inandığını ifadə edib.
Baş məşqçi Qurban Qurbanov isə mövsümə çox erkən başladıqlarını, zədəlilər və milli oyunlarla əlaqədar olaraq tam optimal forma yığa bilmədiklərini lakin adı çəkilən problemlərin arxada qaldığını, zamanla daha yaxşı çıxış edəcəklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB