Bu gün Ruslan Abışov 23 yaşını qeyd edib

Bu gün Ruslan Abışov 23 yaşını qeyd edib

Bu gün "Neftçi" PFK-nın müdafiəçisi Ruslan Abışov 23 yaşını qeyd edib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu münasibətlə klub rəhbərliyi ona hədiyyə təqdim edərək təbriklərini çatdırıb. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov səbəbkarı təbrik edib: "Ruslan Abışovu milli komandanın heyətində qazandığı uğura görə təbrik edirik. Bu gün isə artıq onun ad gününü qeyd edirik. Mən inanıram ki, Ruslan uzun illər milli komandanın əsas simalarından biri olacaq. Ona can sağlığı, xoşbəxtlik və idman uğurları arzulayıram".

Bundan sonra klubun vitse-prezidenti  Tahir Süleymanov və baş məşqçi Arif Əsədov təbrikə qoşularaq, Abışovun ünvanına xoş sözlər söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə