Dieqo Maradona əməliyyat olunub

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona əməliyyat olunub. Bu barədə 57 yaşlı mütəxəssis özünün "Facebook" hesabından yazıb. Sol çiynindən bıçaq altına yatan D.Maradonanın əməliyyatı 1 saat yarım çəkib və uğurlu keçib.

Qeyd edək ki, D.Maradona BƏƏ-nin "EL-Fujairah" klubunda baş məşqçilik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə