Qaret Beyl zədəsini sağaldıb

"Real"ın futbolçusu Qaret Beyl zədəsini sağaldıb. SİA-nın məlumatına görə, uelsli hücumameyilli yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb. Onun La Liqanın 11-ci turunda "Las Palmas"a qarşı matçda oynaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Real" - "Las Palmas" görüşü sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə