“Xəzər-Lənkəran” Antalya şəhərinə yollanıb

“Xəzər-Lənkəran” Antalya şəhərinə yollanıb

Futbol üzrə Unibank Premyer Liqasında yaranmış fasilədən istifadə edərək "Xəzər-Lənkəran" klubu bir həftəlik təlim məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

SİA-nın məlumatına görə, təlim-məşq toplanışına Davit İmedaşvilli, Denis Romanovs, Elvin Beqiri, Radomir Todorov, Alim Qurbanov, Ruslan Poladov, Adrian Iordake, Katalin Doman, Uinston Parks, Asif Məmmədov, Diego De Souza, Kristian Kabral, Stanku Stelian, Konstantin Arbanas, Ramazan Abbasov, Diego Ruiz, Allan Lalin, Xaqani Məmmədov və Emeka Opara dəvət olunublar.

Heyətə əvəzedicilərdən 4 futbolçu da daxildir. Bunlar Fikrət Hacıyev, Emin Əliyev, Ruslan Həsənov və Sadiq Ramazanovdur. Antalyada komanda bir neçə yoldaşlıq görüşü keçirəcəkdir.

Heyət oktyabrın 13-də vətənə dönəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə