"Xəzər-Lənkəran"a məğlubiyyət üzücü oldu. Deməzdim ki, onlar bizi oyunla, taktika ilə üstələdilər. Əslində, rəqib heç-heçə ilə barışmışdı, son 10 dəqiqədə geri çəkilmişdi. Lənkəran təmsilçisinin bəxti gətirdi, bunu komandanın baş məşqçisi Mirça Rednik də etiraf elədi". SİA-nın məlumatına görə, bu sözləri flaqmanın rəsmi saytına açıqlamasında "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. O, futbolda belə halların baş verdiyini, bəzən yaxşı oynayan komandaların qələbə qazana bilmədiklərini vurğulayıb: "Əlbəttə ki, əsas nəticədir. "Xəzər-Lənkəran"la oyundan sonra yığma komandanın düşərgəsinə yollanan futbolçularımız artıq qayıdıblar. Bu gündən AZAL-la oyuna demək olar, tam heyətlə hazırlaşırıq. "Neftçi" keçən mövsümlə müqayisədə çox iddialıdır".
AZAL-a gəlincə, A.Əsədov rəqibin yaxşı komplektləşmiş komanda olduğunu, baş məşqçi Nazim Süleymanovun komandada gördüyü işləri xüsusi qeyd edib: "Bilirik ki, AZAL Premyer Liqada mübarizə aparan güclü komandalara baş ağrısı olub. Bununla belə, qələbə qazanmaqdan başqa çarəmiz yoxdur. Rəqibin güclü və zəif cəhətlərini müəyyənləşdirmişik".
Baş məşqçi Ruslan Abışovun son durumuna da aydınlıq gətirib: "Ruslan artıq var gücü ilə məşqlərdə iştirak edir. Biz hər zaman ona böyük ümid bəsləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB