"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben komanda yoldaşı Robert Levandovskinin davranışından narazıdır. SİA-nın məlumatına görə, holland futbolçu həmkarının sözlərini eqoizm nümunəsi kimi qiymətləndirib.
Levandovski "Die Spiegel" nəşrinə "Bavariya"dan icazəsiz verdiyi müsahibədə klubu tənqid etmişdi. O, müasir futbolda pul və uğurun əsas, klub fəlsəfəsinin isə ikinci dərəcəli faktor olduğunu qeyd etmişdi. Polyak forvard "Bavariya"nın "Barselona", PSJ və "Real" kimi klublarla maliyyə baxımdan rəqabət apara bilmədiyini vurğulamışdı.
Münhen klubunun prezidenti Uli Höness transferlərə böyük həcmdə pul xərcləmək fikrində deyil. O, dəfələrlə klubun öz yetirmələrinə maliyyə yönəldilməsini dəstəklədiyini bildirib.
"Bavariya"nın idarə heyətinin sədri Karl-Haynz Rummenige isə Levandovskinin açıqlamalarının arxasında meneceri Mark Bartelin durduğunu söyləyib. O, bir daha komanda və futbolçuları tənqid edəcək şəxslərin ciddi cəzalandırılacağını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB