"Çelsi" U-19 - "Qarabağ" U-19 matçının hakim təyinatları açıqlanıb

"Çelsi" U-19 - "Qarabağ" U-19 matçının hakim təyinatları açıqlanıb

UEFA Gənclər Liqasında qrup mərhələsinin ilk turunda keçiriləcək "Çelsi" U-19 - "Qarabağ" U-19 oyununa hakim təyinatları açıqlanıb. SİA-nın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı İrlandiya Futbol Federasiyasından Robert Hennessi idarə edəcək. Ona həmyerliləri Darraq Kiqan və Darren Keri köməklik edəcək. Dördüncü hakim funksiyasını Con Basbi (İngiltərə) yerinə yetirəcək.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə