Rövnəq Abdullayev UEFA-nın I vitse-prezidenti Şenes Erzik və UEFA prezidentinin baş məsləhətçisi Uilyam Qalyardla görüş keçirib - FOTOSLAYD

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın I vitse-prezidenti Şenes Erzik və UEFA prezidentinin baş məsləhətçisi Uilyam Qalyardla görüş keçirib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA prezidenti Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, hazırlanan yeni layihələr barədə ətraflı məlumat verib, görülən işlərdə dəstəyini əsirgəməyən Avropa futbol qurumuna minnətdarlığını bildirib. Şenes Erzik və Uilyam Qalyard ölkəmizdə futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək AFFA-nın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə inandıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...