“Zaqatala” yeni mövsümün hazırlıqlarına başlayıb

“Zaqatala” yeni mövsümün hazırlıqlarına başlayıb

I Divizion klubu “Zaqatala” yeni mövsümün hazırlıqlarına başlayıb. SİA-nın məlumatına görə, komanda Şaban Şirdanovun rəhbərliyi altında Zaqatala Olimpiya Kompleksinin stadionunda bir araya gəlib.

Heyət əsasən zaqatalalı futbolçulardan təşkil olunsa da, yaxın günlərdə daha 3-4 futbolçunun komandaya qoşulacağı gözlənilir. I Divizionda yeni mövsüm başlayana qədər “Zaqatala” bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Qeyd edək ki, “Zaqatala” ötən mövsümü 5-ci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə