"Neftçi” paraqvaylı futbolçu ilə müqavilə bağlayıb

"Neftçi” paraqvaylı futbolçu ilə müqavilə bağlayıb

"Neftçi” klubu paraqvaylı yarımmüdafiəçi David Derlis Meza Kolli ilə müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. 28 yaşlı futbolçu ilə 1 il müddətinə razılaşma imzalanıb. Meza Kolli "Neftçi”də 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, David Derlis Meza Kolli əvvəllər "İnter" və "Qəbələ"də də forma geyinib. Onun son klubu "Serro Portenyo" (Paraqvay) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə