Kayl Uolker "Mançester Siti"yə keçib

Kayl Uolker "Mançester Siti"yə keçib

"Tottenhem"in futbolçusu Kayl Uolker "Mançester Siti"yə keçib. Bu barədə "şəhərlilər"in rəsmi saytı xəbər yayıb. İngiltərə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. Bu transferin Mançester təmsilçisinə 56 milyon avroya başa gəldiyini bildirilir.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 33 oyuna çıxıb və 5 qolun ötürməsini edib.

Bütün xəbərlər Facebook səhifəmizdə