Avrokuboklarda mübarizə aparan hansı klubumuzun rəqibi güclüdür?

Avrokuboklarda mübarizə aparan hansı klubumuzun rəqibi güclüdür?

Avrokubokların II təsnifat mərhələsində Azərbaycan klubları ilə qarşılaşacaq klublardan hansının güclü olduğu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Zirə”ni daha çətin sınaq gözləyir. Avropa Liqasındakı təmsilçimiz Rumıniyanın “Astra” klubu ilə görüşəcək. Bu komanda Avropanın 83-cüsüdü. Klubun hesabında 13,500 xal var. “Qəbələ”nin Polşadan olan rəqibi “Yagelloniya”nın mövqeyi daha aşağıdı. Əslində “Yagelloniya” öz əmsalı az olduğundan ölkəsinin reytinqi ilə kifayətlənib. Onlar həmyerliləri ilə 210-cu yeri bölür. Belostok klubunun 3,650 xalı var.

“İnter”in üz-üzə gələcəyi Lüksemburq “Fola”sı da gücü ilə fərqlənmir. Eş təmsilçisi siyahıda 273-cü yerə şərikdi. Lüksemburqlular 3,000 xala malikdi. Ən zəif rəqib “Qarabağ”a düşüb. Çempionlar Liqasındakı rəqib “Samtredia”nın cəmi 1,250 xalı var. Gürcüstan çempionu siyahıda 384-cudü. Qeyd edək ki, Azərbaycan klublarından “Qarabağ” 78-ci, “Qəbələ” 181-ci, “Zirə” və “İnter” 260-cı yerə şərikdi.

Bütün xəbərlər Facebook səhifəmizdə