SON DƏQİQƏ: Almaniya millisi Konfederasiyalar Kubokunun qalibi oldu!

SON DƏQİQƏ: Almaniya millisi Konfederasiyalar Kubokunun qalibi oldu!

Konfederasiyalar Kubokuna yekun vurulub. Konfederasiyalar Kubokunun qalibinin adına aydınlıq gələn oyunda Almaniya ilə Çili qarşılaşıb. Turnirin əsas favoritlərindən biri olan “bundestim”in bu matçda da minimalhesablı qələbə qazanaraq çempionluğunu elan edib. Rusiyaya əsasən ehtiyat heyətlə yollanan Lövün komandası ilk hissədə vurduğu tək qola sevinib. Stindl almanları çempion edən qələbənin memarı olub. Qeyd edək ki, bu, Almaniya millisinin ilk Konfederasiyalar Kuboku çempionluğudur.

Konfederasiyalar Kuboku – 2017

2 iyul

3-cülük uğrunda oyun

Portuqaliya – Meksika - 2:1 (əlavə vaxt)

Qollar: Pepe, 90+3, A. Silva, 105 (pen.) - Neto, 54 (öz qapısına)

Baş hakim: Fahad Əl Mirdasi

Köməkçilər: Abdullah Əl Şalvay, Muhammed Əl Abakri (hamısı Səudiyyə Ərəbistanı)

Dördüncü hakim: Bakari Qassama (Qambiya)

Moskva, “Spartak Stadionu”

Final

Çili – Almaniya - 0:1

Qol: Stindl, 20

Baş hakim: Milorad Maziç

Köməkçilər: Milovan Rıstiç, Dalibor Dyurceviç (hamısı Serbiya)

Dördüncü hakim: Damir Skomina (Sloveniya)

Sankt-Peterburq stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə