“Zirə” və “İnter”in AL-də rəqibləri müəyyənləşib

“Zirə” və “İnter”in AL-də rəqibləri müəyyənləşib

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 2017/2018-ci illər mövsümü üçün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilkin mərhələdə ölkəmizi təmsil edən “İnter” və “Zirə” rəqiblərini tanıyıblar.

İlk dəfə beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək “Zirə” “Differdanj” (Lüksemburq) komandası ilə üz-üzə gələcək.

Ötən il cəza səbəbindən Avropa Liqasından kənarda qalan “İnter” isə ilkin mərhələdə “Mladost” (Serbiya) klubu ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, mərhələnin ilk oyunları 29 iyun, cavab qarşılaşmaları isə 6 iyulda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə