"Ayaks" Avropa Liqasının finalında "Mançester Yunayted"ə 0:2 hesabı ilə uduzub. SİA-nın məlumatına görə, oyundan sonra Amsterdam klubunun baş məşqçisi Peter Bos final görüşü haqda danışıb: "Bu gənc uşaqlar final oynamağa alışmayıblar. Bu oyundan çox şey öyrənəcəklər və daha güclü olacaqlar. Əgər bu heyəti saxlasaq, gələn mövsüm daha güclü olacağıq. Final oyunu isə, etiraf edək ki, çox sıxıcı oldu. "Mançester Yunayted" ancaq uzun ötürmələrlə oynadı və risk etmədi. Qürur duya bilərikmi? Sözün düzü, təəssüflənirik. Qayıdan topları ələ keçirə bilmədik. Bu cür komandaya qarşı zəifliyimizin nə olduğunu bilirdik, amma erkən qol buraxdıq. "Mançester Yunayted" çempionluğu gözəl futbolla qazanmadı. Məncə, cari mövsüm azarkeşləri və futbolsevərləri oyunumuzla razı saldıq. Növbəti mövsüm daha yaxşı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB