Sabah kişi boksçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına start veriləcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb.
Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək.
Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB