Zabit Səmədov rəqibini nokauta saldı

Zabit Səmədov rəqibini nokauta saldı

Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü keçirib. SİA-nın verdiyi məlumata görə, İstanbulun Gebze İdman Sarayında baş tutan döyüşdə Zabitin rəqibi belçikalı Məhəmməd Malik Sinistr olub.

Rəqib ikinci raundda sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib. Bu səbəbdən hakim qarşılaşmanın Zabitin xeyrinə dayandırıb.

Xatırladaq ki, bu, Zabitin K-1-də keçirdiyi 87 döyüşdə 77-ci qələbəsi və 36-cı nokautudur.

Bütün xəbərlər Facebook səhifəmizdə