“Bakı-2017”də Azərbaycanın aktivinə üçüncü qızılı Orxan Səfərov yazdırdı
Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb. Cüdoçu Orxan Səfərov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
SİA-nın məlumatına görə, dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasını izləyiblər.
Yarışda 60 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Orxan Səfərov türkiyəli Bəkir Özlünü 2:1 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.
Azərbaycan idmançısı finala gedən yolda əvvəlcə yəmənli Ali Xousrof üzərində inamlı qələbə qazanıb. O.Səfərov yarımfinalda qırğızıstanlı Otar Bestayevə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB