“Bakı-2017”nin mərasimlər direktoru: “Açılış mərasimi maraqlı və fərqli olacaq” AÇIQLAMA
Bir neçə dəqiqə sonra Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, "Bakı-2017"nin mərasimlər üzrə direktoru və icraçı prodüseri Katrin Uqvu eyni vəzifəni "Bakı-2015"Avropa Oyunlarında da yerinə yetirib.
O qeyd edib ki, builki proqram çox fərqli və maraqlı olacaq: "Biz çox çalışmışıq ki, IV İslam Oyunlarının açılış mərasimi maraqlı və fərqli olsun. Avropa Oyunlarında Qərbə, İslam Oyunlarında isə Şərqə istiqamətlənmişik. Bu, çox maraqlı və məzmunlu şoudur".
K.Uqvu bildirib ki, bədii rəhbər M.Raytla bərabər son 18 ay ərzində açılış mərasiminə hazırlaşıblar. Mərasimlər üzrə direktor vurğulayıb ki, iki saatlıq açılış mərasiminin təşkilinə ən azı 5000 insan cəlb olunub və bunların 2200-ü yerli könüllülərdir.
O, bu cür tədbirlərin təşkili sahəsində 20 ildən artıq təcrübəyə malikdir. K.Uqvu 2012-ci ildə Londonda keçirilən Olimpiadada, Kanadada, Hindistanda, Orta Şərqdə və Avropada çalışıb. Azərbaycan yeganə ölkədir ki, onu ikinci dəfə geri qayıtmağa sövq edib: "Azərbaycan yeganə ölkədir ki, məndən geri qayıtmağımı xahiş etdikdə dərhal "hə" dedim. Bakı mənə ikinci evim kimidir. Buranın əhalisi çox meharibandır. Buna görə də açılış mərasimi Azərbaycan və İslam mədəniyyətinin nümayişi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB