Tapdıq Dadaşov: "Marafon sağlamlıq və fəal həyat tərzi üçün mükəmməl yarışdır"
"Otuz ildir marafon yarışlarına qatılıram. Həm yerli, həm də beynəlxalq yarışlarda gücümü sınamışam. Sonuncu dəfə Gürcüstanda təşkil olunan marafonda veteranlar arasında birinci oldum". SİA-nın məlumatına görə, bu sözləri "Bakı Marafonu-2017"nin 58 yaşlı iştirakçısı Tapdıq Dadaşov deyib.
Qaçış zamanı səhhəti ilə bağlı heç bir çətinlik yaşamadığını diqqətə çatdıran T.Dadaşov deyib: "Marafondan böyük zövq aldım. Hazırda qət etdiyim 21 kilometrlik məsafəni geri qayıtmaq iqtidarındayam. Növbəti illərdə də keçiriləcək yarışa qatılmaq istərdim. Marafon sağlamlıq və fəal həyat tərzi üçün mükəmməl yarışdır. Yarışı yüksək səviyyədə keçirdiklərinə görə təşkilatçılara minnətdarılığımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB