Mərakeş "Bakı-2015"ə 145 idmançı ilə qatılacaq

Mərakeş "Bakı-2015"ə 145 idmançı ilə qatılacaq

Mərakeş "Bakı-2015" IV İslam Həmrəylik Oyunlarına 13 idman növündə 145 idmançı ilə qatılacaq. SİA-nın xəbərinə görə, bu barədə Mərakeş Milli Olimpiya Komitəsindən ölkənin yerli mətbuatına məlumat verilib.

Bakıya mayın 5-dən etibarən 4 qrupda gələcək Mərakeş nümayəndə heyətində, həmçinin 60 əməkdaş və rəhbər şəxslər də təmsil olunacaq.

Qeyd edək ki, 2013-cü ildə İndoneziyada təşkil edilmiş III İslam Həmrəylik Oyunlarında Mərakeş komanda hesabında altıncı yeri tutmuşdu. //AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə