Əmrə Belözoğlu jurnalisti döydüyünə görə 50 min cərimələndi

Əmrə Belözoğlu jurnalisti döydüyünə görə 50 min cərimələndi

Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi (NİK) "Başakşəhər" futbolçularını cəzalandırıb. Məlumata görə, NİK 3 oyunçuya cəza tətbiq edib. Belə ki, "Çaykur Rizəspor"la qarşılaşmadan sonra ASpor müxbirinə hücum çəkərək onu döyən Yalçın Ayhan və Ufuk Ceylan 5, yığmanın da qapısını qoruyan Volkan Babacan 1 oyunluq diskvalifikasiyaya məruz qalıb. Hadisənin günahkarlarından olan kapitan Əmrə Belözoğlu isə 50 min lirəlik cərimə ilə canını qurtarıb.

Qeyd edək ki, Superliqanın XXVIII turu çərçivəsində baş tutan "Çaykur Rizəspor" – "Başakşəhər" oyunu 3:3 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə