"Shamkir Chess 2017"də bütün partiyalar canlı yayımlanacaq

"Shamkir Chess 2017"də bütün partiyalar canlı yayımlanacaq

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017" turnirində bütün partiyalar canlı yayımlanacaq. SİA-nın məlumatına görə, turnirin rəsmi saytı vasitəsilə oyunları canlı izləmək mümkün olacaq.

Partiyaları Azərbaycan və ingilis dillərində müvafiq olaraq əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev, eləcə də qrossmeyster İqor Henkin şərh edəcək.

Onlayn rejimdə partiyalarla yanaşı, şahmatçıların mətbuat konfransları da göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə