Məsut Özilin qolu “Arsenal”ı altıncı pilləyə yüksəltdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun daha bir oyunu keçirilib. "Arsenal" səfərdə "Midlsbro"nun qonağı olub. Matç "topçular"ın qələbəsi ilə yekunlaşıb.


İngiltərə Premyer Liqası

32-ci tur

17 aprel

"Mildsbro" - "Arsenal" 1:2
Qollar:
Sançes, 42 (0:1), Neqredo, 50 (1:1), Özil, 71 (1:2)

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 57-ə çatdıran "Arsenal" yenidən turnir cədvəlində 6-cı pilləyə yüksəlib. "Midlsbro" isə 24 xalla 19-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə