Avropa Liqasının 1/4 finalında keçiriləcək "Lion" - "Beşiktaş" ilk oyunu üçün hakim təyinatları açıqlanıb. Qol.az-ın məlumatına görə, qarşılaşmanın ispaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Antonio Mateu Lahoz olacaq. Ona Pau Kebrian Devis və Xavyer Aquilar Rodriqes köməklik edəcək. Dördüncü hakim funksiyasını Teodoro Sobrino Maqan yerinə yetirəvək. Qeyd edək ki, "Lion" - "Beşiktaş" görüşü aprelin 13-ü, Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB